Ana Sayfa > Karusel / Ölkə > Bakıda istismara tam yararsız binaların sayı açıqlandı
Bakıda istismara tam yararsız binaların sayı açıqlandı13-01-2022, 17:51. Yazar: sevinc1 |
![]() Bakıda istismara tam yararsız binaların sayı açıqlanıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, hazırda Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı departamentinin balansında 11 minə yaxın çoxmənzilli yaşayış binası mövcuddur. "Bu binalardan 98-i istismara tam yararsız vəziyyətdədir. Həmin binaların yararsız olması barəsində bizə Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib. Rəyə əsasən, Nazirlər Kabinətinə müraciət edilib”, - deyə məlumatda qeyd olunub. aia.az Geri dön |