Ana Sayfa > Media > DSMF bəzi şəxslərin pensiyalarının artmaması məsələsinə aydınlıq gətirib
DSMF bəzi şəxslərin pensiyalarının artmaması məsələsinə aydınlıq gətirib12-01-2022, 18:01. Yazar: sevinc1 |
Bəzi pensiyaçıların yanvar ayında pensiyalarında artım olmamasının səbəbi açıqlanıb. Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Trend-ə bildirilib ki, artımlar sadəcə 200 manat məbləğində pensiya alanlara şamil edilib. Qeyd edək ki, yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artımla 200 manatdan 240 manata çatdırılıb. Artımlar 65 min pensiyaçını əhatə edib. Bunun üçün illik 13,2 milyon manat əlavə vəsait ayrılacaq. aia.az Geri dön |