Ana Sayfa > Cəmiyyət > Bakıda metronun qarşısında dava - Ölən var

Bakıda metronun qarşısında dava - Ölən var


8-05-2016, 12:48. Yazar: admin
Bakıda metronun qarşısında dava - Ölən var






Bu gecə Bakıda qətl hadisəsi baş verib.

AIA.az-ın Lent.az-a istinadən məlumatına görə, gecə saat 2 radələrində Məhəmməd Hadi küçəsi 68A ünvanının yaxınlığında, metronun "Həzi Aslanov" stansiyasının qarşısında bir qrup şəxs arasında dava-dalaş olub. Dava zamanı naməlum şəxs 1977-ci il təvəllüdlü Nurullayev Musa Nurulla oğlunun döş qəfəsinə bıçaq zərbəsi endirib. M.Nurullayev hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

aia.az
Geri dön