Ana Sayfa > Siyasət > Baş prokuror Kamran Əliyev Moskvada iranlı həmkarı ilə görüşüb
Baş prokuror Kamran Əliyev Moskvada iranlı həmkarı ilə görüşüb12-01-2022, 16:16. Yazar: sevinc1 |
![]() Moskvaya işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə ikitərəfli görüş keçirib. Baş Prokurorluqdan aia.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-İran əlaqələrinin bu gün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilib. Tərəflər qurumlar arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri, mütəşəkkil cinayətkarlığın, o cümlədən kibercinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi, ekoloji sahədə hüquqpozmaların, habelə cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması ətrafında səmərəli müzakirələr aparıb. AİA.AZ Geri dön |