Ana Sayfa > Cəmiyyət > Dəhşətli qəza: 10 ölü, 50 yaralı

Dəhşətli qəza: 10 ölü, 50 yaralı


8-05-2016, 12:05. Yazar: admin
Dəhşətli qəza: 10 ölü, 50 yaralı






Əfqanıstanın Qazni vilayətində Kabul - Kandaqar yolunda iki avtobus və benzindaşıyan maşın toqquşub.

Sinxua agentliyinin verdiyi məlumata əsasən, hadisə nəticəsində ən azı 10 nəfər ölüb, daha 50 nəfər yaralanıb.

Qəzadan sonra avtomobilin 3-ü də alışıb. "Ölənlərin sayı, yəqin ki, artacaq, çünki xəsarət alanların çoxu kritik vəziyyətdədir", - deyə Əfqanıstanın hüquq-mühafizə orqanlarında bildirilib.

Ehtimal olunur ki, qəzanın səbəbi təhlükəli idarəetmə olub.

Hadisə yeri polis və ordu tərəfindən mühasirəyə alınıb.

aia.az
Geri dön