Ana Sayfa > Manşet / Gündəm > Ermənilərin Kəlbəcərdəki təxribatı ilə bağlı cinayət işi başlandı
Ermənilərin Kəlbəcərdəki təxribatı ilə bağlı cinayət işi başlandı12-01-2022, 10:32. Yazar: sevinc1 |
Ermənilərin Kəlbəcər ərazisində törətdiyi təxribatla bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən aia.az-a bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə istintaq davam edir. aia.az Geri dön |