Ana Sayfa > Siyasət > Millət vəkili: “Ermənistan sülhə məcbur edilməlidir“
Millət vəkili: “Ermənistan sülhə məcbur edilməlidir“8-05-2016, 11:54. Yazar: admin |
"Hazırda ölkəmizin qarşısında duran ən əsas maneə Ermənistan və onun siyasətidir" Bu sözləri millət vəkili Asim Mollazadə deyib. Deputat həmsədr ölkələrdən Qarabağ istiqamətində ciddi addım və təkliflər gözləmədiyini açıqlayıb: “İndiyə qədər verilə bilən təkliflərin hamısı verilib. Ermənistan sülh istəmir və status-kvonu saxlamaqda israrlıdır. Hələ də həmsədr ölkələr və beynəlxalq təşkilatlar İrəvana qarşı BMT-nin qətnamələrinə dair tələb və sanksiyalar irəli sürmür. Bu, dünyada Azərbaycana qarşı informasiya müharibəsi aparan erməni lobbi təşkilatları və diasporunun işini asanlaşdırır. Azərbaycan səbir edir və tezliklə sülhün əldə edilməsini gözləyir. Bu, indiki məqamda olduqca önəmlidir. Çünki Azərbaycan çox böyük strateji layihələr həyata keçirir. Hazırda qarşımızda duran ən əsas maneə Ermənistan və onun siyasətidir. Azərbaycan bu maneəni hər an dəf edə bilər. Buna görə də dünya Ermənistanı sülhə məcbur etməkdə nəinki maraqlı olmalı, hətta tələsməlidir”. aia.az Geri dön |