Ana Sayfa > Seçki 2024 > DİN Bakıda kasıbları təhqir edən “Gelandewagen” sürücüsü ilə bağlı araşdırmaya başladı

DİN Bakıda kasıbları təhqir edən “Gelandewagen” sürücüsü ilə bağlı araşdırmaya başladı


11-01-2022, 17:43. Yazar: sevinc1
DİN Bakıda kasıbları təhqir edən “Gelandewagen” sürücüsü ilə bağlı araşdırmaya başladı

Daxili İşlər Nazirliyi Bakıda aztəminatlı ailələri qəhqir edərək küçədə yüksək sürətlə hərəkət edən “Gelandewagen” sürücüsü ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq nazirliyin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, hazırda həmin avtomobilin müəyyən edilərək saxlanılması ilə bağlı araşdırmalar aparılır. Araşdırmalardan sonra sürücü barədə qanunamüvafiq qaydada tədbir görüləcək.

Xatırladaq ki. sosial şəbəkələrdə Bakıda “Gelandewagen” idarə edən şəxs aztəminatlı şəxsləri təhqir eetməsi barədə video yayılıb. Sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”.

Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi görünür.

aia.az
Geri dön