Ana Sayfa > Karusel / Seçki 2024 > Sinif yoldaşını bıçaqlayan məktəbliyə

Sinif yoldaşını bıçaqlayan məktəbliyə


11-01-2022, 11:08. Yazar: sevinc1
Sinif yoldaşını bıçaqlayan məktəbliyə

Səbail rayonu ərazisində 17 və 18 yaşlı gənclər arasında bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, kəskin qan itirmədən ağırlaşan C.Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilməklə onun həyatı xilas edilib.

Fakt üzrə Səbail Rayon Polis İdarəsində cinayət işi başlayıb, istintaq hərəkətləri aparılır.

C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

AİA.AZ
Geri dön