Ana Sayfa > Karusel / Seçki 2024 > Azərbaycanda yataq xəstəsi yanaraq öldü

Azərbaycanda yataq xəstəsi yanaraq öldü


11-01-2022, 09:35. Yazar: sevinc1
Azərbaycanda yataq xəstəsi yanaraq öldü

Bərdə şəhərində ümumi sahəsi 342 kv.m olan ikimərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, 4 otaq və 2 aynabənddən ibarət evin yanar konstruksiyaları 164 kv.m sahədə, bitişik ümumi sahəsi 18 kv.m olan taxta konstruksiyadan ibarət talvar yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1963-cü il təvəllüdlü Nərimanov İlqar Yunis oğlunun (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

aia.az
Geri dön