Ana Sayfa > Təhsil > Təhsil Nazirliyinin Çağrı Mərkəzlərində dəyişiklik edilib

Təhsil Nazirliyinin Çağrı Mərkəzlərində dəyişiklik edilib


10-01-2022, 13:22. Yazar: admen
Təhsil Nazirliyinin Çağrı Mərkəzlərində dəyişiklik edilib

Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətin daha da təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə Çağrı Mərkəzlərinin əlaqə nömrələrində dəyişiklik edib.

Bu barədə AİA.Az-a nazirlikdən məlumat verilib.

Dəyişikliyə əsasən, Çağrı Mərkəzinin əlaqə nömrələrinin xidmət istiqamətləri yenilənib.

Belə ki, bundan sonra yaranan suallarınızın aid olduğu istiqamət üzrə nazirliyin Çağrı Mərkəzlərinin aşağıdakı nömrələri ilə əlaqə yarada bilərsiniz.

146-1 - Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri ilə bağlı
146-2 - Fövqəladə hallar barədə məlumat vermək üçün
146-3 - Müəllimlərin işə qəbulu, iş yerinin dəyişdirilməsi, daimləşməsi və sertifikasiya ilə bağlı
146-4 - Məktəblərdə avadanlıq, bağlantı və şəbəkə üzrə texniki dəstək üçün
146-5 - Psixoloji yardım almaq istəyənlər üçün
146-6 - Təhsil Nazirliyinin Çağrı Mərkəzi ilə əlaqə yaratmaq üçün
Geri dön