Ana Sayfa > Təhsil > İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir: 15 namizəd qeydiyyatdan keçib

İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir: 15 namizəd qeydiyyatdan keçib


10-01-2022, 13:02. Yazar: admen
İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir: 15 namizəd qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə yanvarın 23-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı yanvarın 21-i saat 10:00-dək aparılacaq. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 15 (AB - 6, AC - 9) namizəd qeydiyyatdan keçib. İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytında tanış olmaq olar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumatla DİM-in saytındakı linkdə) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

AİA.Az
Geri dön