Ana Sayfa > Gündəm > Prokurorluq 119 şəxs barəsində amnistiya aktı tətbiq edib
Prokurorluq 119 şəxs barəsində amnistiya aktı tətbiq edib10-01-2022, 10:42. Yazar: sevinc1 |
![]() Baş Prokurorluq 119 şəxs barəsində amnistiya aktı tətbiq edib. Bu barədə aia.az-a Baş Prokurorluqdan məlumat verilib. "Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş 2021-ci il noyabrın 5-də “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın icrası ilə bağlı 2022-ci ili yanvar ayının 1-dək bilavasitə prokurorluq orqanları tərəfindən 119 şəxs barəsində amnistiya aktı tətbiq edilib. Həmin şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilib, cəzaları azaldılıb", - məlumatda deyilir. Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib. Proses 4 ay müddətində davam etdiriləcək. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir. aia.az Geri dön |