Ana Sayfa > Karusel > Nalbandyan İrəvanın Qarabağ planını açıqladı

Nalbandyan İrəvanın Qarabağ planını açıqladı


8-05-2016, 10:28. Yazar: admin
Nalbandyan İrəvanın Qarabağ planını açıqladı






Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların davam etdirilməsi üçün hansı addımların atılmasının zəruri olduğunu açıqlayıb
"Ria Novosti"-i xəbər verir ki, erməni nazir danışıqlar prosesinin aprelin əvvəlində cəbhə xəttində yaşanan gərginliyin yenidən təkrarlanmamasına yönəlməli olduğunu deyib.

"Hazırda mümkün ola biləcək görüşlərin məqsədi aprel ayında baş vermiş toqquşmaların təkrarlanmasının qarşısının alınmasına, müddətsiz atəşkəs rejiminin qorunmasına və atəşkəsin pozulması hallarının araşdırılması mexanizmçlərinin yaradılmasına yönəldilməlidir", - deyə Nalbandyan bildirib

aia.az
Geri dön