Ana Sayfa > Seçki 2024 > Küçədə aşkarlanan daha bir koronavirus xəstəsinə cinayət işi başlandı

Küçədə aşkarlanan daha bir koronavirus xəstəsinə cinayət işi başlandı


10-01-2022, 09:55. Yazar: sevinc1
Küçədə aşkarlanan daha bir koronavirus xəstəsinə cinayət işi başlandı


İstirahət günləri evini tərk edən daha bir nəfərə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, yanvarın 8-də və 9-da polis əməkdaşları tərəfindən respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

aia.az
Geri dön