Ana Sayfa > Dünya > Hindistanda 400-dən çox parlament əməkdaşı COVID-ə yoluxub
Hindistanda 400-dən çox parlament əməkdaşı COVID-ə yoluxub10-01-2022, 08:54. Yazar: sevinc1 |
Hindistanda 400-dən çox parlament əməkdaşının COVID-19-a yoluxduğu açıqlanıb. Yerli medianın xəbərinə görə, parlamentində büdcə müzakirələrindən əvvəl çoxlu sayda işçi virusa yoluxub. Yanvarın 4-dən 8-dək parlamentdə sınaqdan keçirilən 1409 işçidən 402-nin koronavirus testi müsbət çıxıb. Parlamentdən kənarda test verənlərin bu saya daxil olmadığı bildirilib. Son günlər COVID-19-a yoluxma hallarının artdığı ölkədə indiyədək 35 milyon 528 min 4 nəfər virusa yoluxub, 483 min 790 nəfər COVID-19 səbəbindən dünyasını dəyişib. aia.az Geri dön |