Ana Sayfa > Seçki 2024 > Horadiz-Ağbənd dəmir yolunun bir hissəsi istifadəyə verilib

Horadiz-Ağbənd dəmir yolunun bir hissəsi istifadəyə verilib


7-01-2022, 17:06. Yazar: admen
Horadiz-Ağbənd dəmir yolunun bir hissəsi istifadəyə verilib

Horadizdən başlayaraq Ağbənd istiqamətinə dəmir yolu xəttinin çəkilişi sürətlə davam edir.

AİA.Az AZTV-yə istinadən xəbər verir ki, artıq xəttin 23 kilometrlik hissəsi hazırdır. Artıq qatarlar həmin istiqamətdə hərəkətə başlayıb. Qatarlar artıq yolun tikilməkdə olan hissəsi üçün metriallar daşıyır.

Xatlırladaq ki, Horadizdən başlayaraq Ağbəndə qədər çəkiləcək dəmir xəttinin ümumi uzunluğu 110 kilomertrdir. Yolun keçdiyi ərazilər minalardan tam olaraq təmizlənib və yolboyu su ötürücüləri, körpülər hazırlanıb, torpaq yataq işləri görülüb. Hazırda Horadizdən başlanan dəmir yol xəttinin Zəngilan istiqamətinə qədər hazır olan hissəsi ilə qatarlar rahat hərəkət edir. Artıq yolboyu stansiyaların da tikintisi aparılır.

Hazırda Mərcanlı və Mahmudlu stansiyalarının tikintisi aparılır.
Geri dön