Ana Sayfa > Cəmiyyət > Qırğızıstanın keçmiş prezidentinin oğlu 30 il müddətinə azadlıqdan məhrum edildi

Qırğızıstanın keçmiş prezidentinin oğlu 30 il müddətinə azadlıqdan məhrum edildi


7-05-2016, 22:24. Yazar: admin
Qırğızıstanın keçmiş prezidentinin oğlu 30 il müddətinə azadlıqdan məhrum edildi





Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyev iqtisadi cinayətlərin törədilməsində günahkar bilinərək, 30 il müddətinə azadlıqdan məhrum edilib.

«İnterfaks» agentliyi xəbər veriur ki, bundan əlavə, Maksim Bakiyev iri məbləğdə cərimə ödəyəcək və onun əmlakı müsadirə ediləcək.

Eks-prezidentin oğlu cinayətkar üsullarla qazanılmış pulların yuyulmasında, dələduzluqda və digər bu kimi cinayət əməllərində iştirakına görə ittiham olunurdu.

2010-cu ilin aprel ayında devrilmiş prezidentin ailəsi beynəlxalq axtarışdadır. Kurmanbek Bakiyevin özü qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. O, kütləvi qırğınlar törətməkdə və digər ağır cinayətlərdə ittiham edilir.

aia.az
Geri dön