Ana Sayfa > Manşet / Dünya > Tokayev terrorçulara qarşı xəbərdarlıq etmədən atəş açmaq əmri verib

Tokayev terrorçulara qarşı xəbərdarlıq etmədən atəş açmaq əmri verib


7-01-2022, 13:05. Yazar: sevinc1
Tokayev terrorçulara qarşı xəbərdarlıq etmədən atəş açmaq əmri verib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hüquq-mühafizə orqanlarına və orduya terrorçulara qarşı xəbərdarlıq etmədən birbaşa atəş açmaq əmri verib.

Bu barədə prezident bu gün xalqa müraciətində deyib.

Bundan başqa, o bildirib ki, Qazaxıstan rəhbərliyi terrorçularla danışıqlar aparmaq niyyətində deyil:

"Xaricdən tərəflərə problemlərin dinc yolla həlli üçün danışıqlara başlamaq çağırışları səslənir. Terrorçularla, qatillərlə hansı danışıqlar ola bilər? Biz silahlanmış və hazırlıqlı quldurlarla üz-üzəyik", - deyə K.Tokayev bildirib.

Qeyd edək ki, Qazaxıstan prezidenti antiterror əməliyyatının terrorçuların məhv olunmasınadək davam edəcəyini bildirmşdi.

aia.az
Geri dön