Ana Sayfa > Ölkə > Baş Mil-Muğan Kollektoru Vasitəsilə Qrunt Suları Xəzər Dənizinə Axıdılır.
Baş Mil-Muğan Kollektoru Vasitəsilə Qrunt Suları Xəzər Dənizinə Axıdılır.7-01-2022, 10:42. Yazar: sevinc1 |
![]() Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AİA.Az-a bildirib ki, 1994-cü ildə yaradılan Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin yaradılmasında əsas məqsəd Mil-Qarabağ və Muğan – Salyan düzlərinin suvarılan torpaqlarından sızan qrunt, sel və məişət sularının Baş Mil-Muğan Kollektoru vasitəsilə maneəsiz, enerji sərf etmədən öz axını ilə Xəzər dənizinə axıtmaqdır. Hazırda Baş Mil-Muğan Kollektorunun 140 km-lik hissəsi,16 km kollektorun qolu, 38 km kollektor, 8 km sağ sahil kollektoru, 21 km-ə yaxın OD kollektoru və başqaları istismar olunur. Hazırda ərazilərin şoranlaşmasının qarşısının alınması və yenidən əkinə qaytarılması istiqamətində idarə tərəfindən nasos stansiyasının tikintisi davam edir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi tərəfindən kollektorlarla xəzər dənizinə ötən il 1555 min kubmetr minerallaşmış sel və qrunt suları axıdılıb. Axıdılan duzun miqdarı isə 7817 ton olub. İdarənin balansında olan nasoslarla 4171 min.m3 su vurulub. Ötən 2021 –ci il ərzində 51 ədəd hidrotexniki qurğu cari və 3 ədəd hidrotexniki qurğu əsaslı təmir olunub. 199 km-ə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kollektor-dren şəbəkəsi lildən təmizlənib. Hazırda bu işlər plana uyğun olaraq davam edir. Qeyd edək ki, Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi Salyan, Sabirabad, Neftçala və Saatlı rayonlarına xidmət edir. Baş Mil-Muğan Kollektorunun ümumi uzunluğu 140 km-dir. Onun da 22 km-i Salyan, 63 km-i Saatlı, 18 km-i Sabirabad, 37 km-i isə Neftçala rayonlarının ərazisinə düşür. Geri dön |