Ana Sayfa > Karusel / Dünya > Qazaxıstanın paytaxtında fövqəladə vəziyyət elan edilib
Qazaxıstanın paytaxtında fövqəladə vəziyyət elan edilib5-01-2022, 14:36. Yazar: sevinc1 |
azaxıstanın paytaxtı Nur-Sultan şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Fövqəladə vəziyyət rejimi bu gün saat 16:00-dan yanvarın 19-na qədər davam edəcək. Bu müddət ərzində axşam saat 23:00-dan səhər saat 7:00-a qədər komendant saatı olacaq. Qeyd edək ki, Qazaxıstanda maye qazın bahalaşmasına etiraz olaraq aksiyalar keçirilir. Aksiyalarda 100-ə qədər polis əməkdaşı xəsarət alıb, 200-dən çox şəxs saxlanılıb. Prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Almatı və Mangistau vilayətlərində də fövqəladə vəziyyət elan edilib. aia.az Geri dön |