Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda bankların özünəməxsus cəzaları
Azərbaycanda bankların özünəməxsus cəzaları7-05-2016, 21:45. Yazar: admin |
Son dövrlər banklar kredit müqavilələrini əllərində bayraq edərək borcunu ödəyə bilməyən vətəndaşlara qarşı özlərinə məxsus cəza tədbirləri görürlər. Bu tədbirlərdən geniş yayılmışı vətəndaşların cari hesablarının bloklanmasıdır. Xüsusən də əmakhaqqı aldığı bankdan kredit götürmüş şəxslərin maaşı tam mənimsənilir. Qanuna əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Aia.Az xezerxeber.com-a istinadən bildirir ki, ancaq müəyyən çərçivə daxilində. Müqavilələr Mülki Məcəllə ilə tənzimlənir. Məcəllədə hansı müqavilələrin etibarlı və ya etibarsız olması və müqavilənin standart şərtləri də göstərilib. Bir çox bank müştərinin maaşını nəzərdə almadan ona kredit verib. Vətəndaşların aylıq ödənişi əməkhaqlarından yüksəkdir. Bu cür kredit müqavilələri də qanunun tələblərini pozur. aia.az Geri dön |