Ana Sayfa > Ölkə > Ötən gün COVID pasportu olmayan 44 nəfər toya buraxılmadı
Ötən gün COVID pasportu olmayan 44 nəfər toya buraxılmadı30-12-2021, 10:37. Yazar: sevinc1 |
![]() Dekabrın 29-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib. Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, monitorinq 187 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 44 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. aia.az Geri dön |