Ana Sayfa > Şou-biznes > İki uşağının anası ilə evləndi

İki uşağının anası ilə evləndi


29-12-2021, 18:15. Yazar: admen
İki uşağının anası ilə evləndi

Türkiyənin məşhur "Manga" qrupunun solisti Ferman Akgül on ildir sevgili olduğu danimarkalı Bettina Kuperman ilə evlənib.

AİA.Az Olay-a istinadən xəbər verir ki, hətta iki uşağı olan cütlük bir neçə gün öncə nikah bağlayıb. Bodrumda ailə arasında keçirilən məclisdən fotoları instaqramda paylaşıblar.

Xoş xəbəri sevənlərinə çatdıran Akgül "Uşaqlı və evli. İki ölkə arasındakı sənəd fərqliliklərinə görə, "oradamı evlənək, yoxsa buradamı, yayda olsun, ya qışda, uşaqlar doğulsun sonra edərik" deyə-deyə 10 il keçib. Hər il Milad və doğum günümü qeyd etidyim bu zamanlara bir də nikah tarixim əlavə olundu. Qısası biz evləndik.

Səni sevirəm, Bettina Kuperman Akgül. Artıq rəsmi olaraq Sivas və Ankaralısan",-deyə qeyd edib.
Geri dön