Ana Sayfa > Qərbi Azərbaycan > Qış fəslində mədə-bağırsaq xəstəlikləri artır? - AÇIQLAMA

Qış fəslində mədə-bağırsaq xəstəlikləri artır? - AÇIQLAMA


29-12-2021, 18:11. Yazar: admen
Qış fəslində mədə-bağırsaq xəstəlikləri artır? - AÇIQLAMA

"Eyni zamanda, bu hesabatda bildirilir ki, məhz kişilərdə qadınlara nisbətən mədə xərçənginin rast gəlmə halında çox ciddi şəkildə fərq olacaq. Buna görə də ÜST mədə xərçənginin erkən araşdırması, qarşısını alınması və profilaktikası məqsədilə hər bir ölkədə buna dair strategiyanın olmasını tövsiyə edir.

Burada əsas məqamlardan biri mədə xəstəliklərinin, xüsusilə də mədə xərçənginin erkən diaqnostikasıdır, çünki bu xəstəlik gec mərhələlərdə aşkar edildiyi zaman xəstənin 5 ilə qədər yaşama ehtimalı 30 faizdən aşağıdır. Yəni, bu çox ciddi letallığı olan bir xəstəlikdir, ona görə də dünyada erkən mərhələdə aşkarlandığı təqdirdə mədə xərçəngi tam müalicə oluna bilər.

Vətəndaşlarımızı məlumatlandırmalıyıq ki, əgər mədə-bağırsaq şikayətləri varsa və bu proses bir aya yaxın davam edirsə, o təqdirdə mütəxəssis həkimə müraciət etmək mütləqdir. Çünki həkim məsləhəti və tövsiyəsi olunmadan dərman qəbulu ilə mədə xəstəlikləri üçün bir zəmin hazırlayırsınız.

Mədə-bağırsaq xəstəliklərinin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, onlar qarşısı alınan xəstəliklərdir, yəni profilaktikası ən işlək olan xəstəliklər sırasında məhz mədə-bağırsaq xəstəliklərdir. Mədə-bağırsaq traktının ən ciddi xəstəliyi olan mədə-bağırsaq xərçənginin erkən endoskopik müayinələr (erkən dövrdə aşkarlamaq) əsasında qarşısını almaq mümkündür. Yəni, bir növ endoskopiya və müasir qastroenterologiya insanların həyatının xilas olunması üçün əvəzsiz rola malikdir.

Yekunda onu demək istərdim ki, normal yuxu, sağlam qidalanma və erkən müayinələr sayəsində insanların ömrünü uzatmaq olar və xəstələnmə hallarının qarşısını ciddi şəkildə almaq mümkündür", - deyə o vurğulayıb.
Geri dön