Ana Sayfa > Ölkə > Yeni raket və döyüş sursatları alınıb
Yeni raket və döyüş sursatları alınıb29-12-2021, 17:48. Yazar: admen |
![]() Vətən müharibəsində sərf olunmuş raket və döyüş sursatlarının əvəzinə yeniləri alınaraq qoşunlara çatdırılıb, hazırda bütün birləşmə və hissələr döyüş sursatları ilə tam təmin olunub. AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib. Rəis müavini deyib ki, Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif təyinatlı 400-ə yaxın yeni hərbi infrastruktur obyektinin istismara verilməsi ilə bölmələrdə qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkil edilməsi, o cümlədən şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi üçün münbit şərait yaradılıb. Bir sıra obyektlərin inşası hazırda davam etdirilir. Geri dön |