Ana Sayfa > Manşet / Ölkə > Bayramla əlaqədar bu ailələrin hər birinə 100 manat birdəfəlik maddi yardım veriləcək -
Bayramla əlaqədar bu ailələrin hər birinə 100 manat birdəfəlik maddi yardım veriləcək -29-12-2021, 17:29. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyev Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam verib. aia.az bildirir ki, sərəncamla Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qərara alınır: - 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə: - "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.6.1.1-ci yarımbəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 4 800 000 (dörd milyon səkkiz yüz min) manat ayrılsın; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan ailələrə ödənilməsini təmin etsin. - Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər. aia.az Geri dön |