Ana Sayfa > İdman > 21-ci əsrdə transferlərə ən çox pul xərcləyən FUTBOL KLUBU

21-ci əsrdə transferlərə ən çox pul xərcləyən FUTBOL KLUBU


29-12-2021, 15:13. Yazar: sevinc1
21-ci əsrdə transferlərə ən çox pul xərcləyən FUTBOL KLUBU

21-ci əsrdə oyunçu transferlərinə ən çox pul xərcləyən Londonun "Çelsi" klubu olub.

AİA.Az Lent.az-a istinadən bildirir ki, komandanın adını Transfermarkt.de portalı öz "Instag"ram səhifəsində açıqlayıb.

Mənbənin məlumatına görə, paytaxt klubu 2000-ci ildən yeni futbolçuların alınmasına 2,4 milyard avro xərcləyib. Reytinqdə ikinci yeri futbolçulara 100 milyon avro az xərcləyən "Mançester Siti" tutub.

Üçüncü-dördüncü yerləri İspaniyanın "Real"ı və "Barselona"sı bölüşdürüb. Onların oyunçulara xərcləmələri 2,2 milyard qiymətləndirilir.

2003-cü ilin yayından "Çelsi" rusiyalı iş adamı Roman Abramoviçə məxsusdur. O vaxtdan bəri klub 5 dəfə İngiltərə çempionu olub. Keçən mövsüm londonlular Çempionlar Liqasının qalibi olublar.

aia.az
Geri dön