Ana Sayfa > İqtisadiyyat > Qırmızı ürəklər” fondu şəhid övladlarını təbrik edib
Qırmızı ürəklər” fondu şəhid övladlarını təbrik edib29-12-2021, 15:01. Yazar: sevinc1 |
Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən “Qırmızı ürəklər” (“Red Hearts”) fondu “PAŞA Holding”in dəstəyi ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində şəhid övladları üçün ənənəvi “Onlar bizə əmanətdir” tədbirini keçirib. Tədbir çərçivəsində Qarabağ müharibəsi zamanı yaxınını itirən, 16 yaşadək olan 1634 nəfər şəhid övladına bayram hədiyyələri təqdim edilib. Paytaxt Bakı ilə yanaşı, ölkənin regionlarını da əhatə edən aksiyada “Qırmız ürəklər”in, “PAŞA Holding”in, “Kapital Bank”ın, “PAŞA Bank”ın, “Fairmont Hotel”in və müxtəlif qrupların könüllüləri iştirak edib. “Onlar bizə əmanətdir” tədbiri ötən ildə də bayram ərəfəsində keçirilib. Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar. aia.az Geri dön |