Ana Sayfa > Siyasət > "Rusiya təhlükəlidir, Türkiyəni dəstəkləyin"
"Rusiya təhlükəlidir, Türkiyəni dəstəkləyin"7-05-2016, 21:11. Yazar: admin |
"Rusiyanın həyata keçirdiyi "Şimal Axını 2" layihəsi Avropa üçün risklər yaradır. Bu layihə Avropanın enerji təhlükəsizliyi üçün təhdiddir. Türkiyənin TANAP layihəsinə dəstək vermək daha məntiqli olar". ""CQD" regiona həm iqtisadi, həm də təhlükəsizlik baxımıdan əlavə şanslar qazandıra bilər". AIA.Az anspress-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi təmsilçisi Amos Hokstain deyib. O bildirib ki, onsuz da "Şimal Axını 1" tam gücü ilə fəaliyyət göstərmir. "Bəs Rusiyadan Almaniyaya Baltik dənizinin altı ilə 55 milyard kubmetrlik "Şimal Axını 2" layihəsinin məqsədi nədir? Bu layihə ticarət məqsədi daşımır. Rusiyanın həyata keçirdiyi layihə regionun təhlükəsizliyinə hədədir. Bu səbəbdən ABŞ layihənin reallaşmasından narahatdır", - deyə Hokstain bildirib. ABŞ rəsmisi deyib ki, TANAP layihəsi daha çox önəmə sahibdir. "Bu layihənin tikintisini sürətləndirmək daha əhəmiyyətlidir. Cənub Qaz Dəhlizi (CQD) regiona həm iqtisadi, həm də təhlükəsizlik baxımından əlavə şanslar qazandıra bilər. Layihə Azərbaycan, Xəzər bölgəsi, Türkiyə və Avropa üçün iqtisadi və geosiyasi önəmə sahibdir", - deyə Hokstain bildirib. Hokstain Avropa ölkələri arasında enerji məsələlərində bağların daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. "Enerji qaynaqlarının Avropanın bir ölkəsindən digərinə asan yollarla çatdırılması, bölgənin gələcəyi üçün yeni qapı açaq. Bu, Rusiya və rus qazına qarşı alternativ yaradar. Digər dövlətlərin də bazara girməsinə şərait yaradar", - deyə ABŞ rəsmisi bildirib. Rusiya və Almaniya arasında "Şimal axını" qaz kəməri Baltik dənizinin dibi ilə keçir. Onun tikintisi barədə saziş 2005-ci il sentyabrın əvvəlində - Rusiya prezidenti Vladimir Putinin Almaniyaya səfəri zamanı imzalanıb. Uzunluğu 1200 km olan "Şimal axını" Vıborqdan (Leninqrad əyaləti) Qrayfsvaldadək (AFR) keçir. Martın 17-də isə Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Layihənin 2018-ci ildən tez bitməsi barədə razılıq əldə olunub. Qaz boru xətti Azərbaycan-Gürcüstan-Türkiyə ərazisindən keçməklə tikintisi davam etdirilən TAP qaz boru xəttinə qoşulacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. aia.az Geri dön |