Ana Sayfa > Ölkə > Göyçayda karantin qaydalarını pozan toy sahibi cərimələnib
Göyçayda karantin qaydalarını pozan toy sahibi cərimələnib29-12-2021, 09:38. Yazar: sevinc1 |
![]() Göyçayda karantin qaydalarını pozan toy sahibi cərimələnib DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı rayonun Hacalıkənd kəndində Sahib Salmanova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar S.Salmanov inzibati məsuliyyətə cəlb edilərək cərimələnib. aia.az Geri dön |