Ana Sayfa > Qərbi Azərbaycan > Hamilə qadınlar az hallda vaksinasiyaya gəlir -
Hamilə qadınlar az hallda vaksinasiyaya gəlir -28-12-2021, 18:00. Yazar: sevinc1 |
Az hallarda hamilələr könüllü olaraq vaksinasiyaya gəlirlər. Trend xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Operativ Qərargahın növbəti brifinqində çıxışı zamanı deyib. Nazir bildirib ki, vaksinasiyanın tövsiyə olunduğu ölkələrdə belə hamilələrin yalnız 30 faizi prosesə qoşulurlar. "Artıq çəkisi olan, xroniki xəstəliyi olan hamilələrə vaksinasiya tövsiyə edilir. Mən bunu həkim olaraq tövsiyə edirəm. Bu ümumdünya praktikasıdır. Virusa yoluxmuş hamilələr mərkəzləşmiş qaydada xüsusi şöbədə hospitalizasiya olunaraq müalicə alırlar". aia.az Geri dön |