Ana Sayfa > Parlament > Daha bir şadlıq evinin sahibinə cinayət işi başlanıb
Daha bir şadlıq evinin sahibinə cinayət işi başlanıb28-12-2021, 11:09. Yazar: admen |
Dekabrın 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 193 toy şənliyinin monitorinqini həyata keçirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 188 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 1 şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 58 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. aia.az Geri dön |