Ana Sayfa > Seçki 2024 > Astara, İmayıllı və Şəkidə yaşayış evi yanıb

Astara, İmayıllı və Şəkidə yaşayış evi yanıb


28-12-2021, 09:27. Yazar: admen
Astara, İmayıllı və Şəkidə yaşayış evi yanıb

İsmayıllı rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rayonun İvanovka kəndində isə ümumi sahəsi 88 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin bir otağının yanar konstruksiyaları və dam örtüyü 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Şəki şəhərinin Baltalı kəndində ümumi sahəsi 168 m² olan kürsülü, birmərtəbəli evin dam örtüyünün (dəmir örtükdən ibarət) taxta atmaları 168 m² sahədə və bir otağının tavanı 20 m² sahədə, bitişik ümumi sahəsi 36 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Eyni zamanda Astara rayonunun Şahağac kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

aia.az
Geri dön