Ana Sayfa > Qərbi Azərbaycan > Analitik Ekspertiza Mərkəzinin nəzdində ictimai əsaslarla Elmi Şura yaradılıb

Analitik Ekspertiza Mərkəzinin nəzdində ictimai əsaslarla Elmi Şura yaradılıb


27-12-2021, 13:07. Yazar: sevinc1
Analitik Ekspertiza Mərkəzinin nəzdində ictimai əsaslarla Elmi Şura yaradılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nəzdində ictimai əsaslarla Elmi Şura yaradılıb. Şura mərkəzin işçilərinin elmi-təşkilati və tədqiqat fəaliyyətinə rəhbərliyi həyata keçirəcək.

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, Elmi Şuranın əsas məqsədi işçilərin elmi-tədqiqat işlərini ölkənin tibb və əczaçılıq sahəsinin mühüm problemlərinə, inkişaf dinamikasının yüksəldilməsinə doğru istiqamətləndirməkdən ibarətdir.

Həmçinin respublikamızda və xarici ölkələrdə tibb və əczaçılıq sahəsində elmi-tədqiqat işlərinin təşkili və aparılması təcrübəsinin öyrənilməsi, problemlərin müzakirəsinə həsr olunmuş tədbirlərin həyata keçirilməsi, elmi işlərin və layihələrin ekspertizasının təşkili və uğurları özündə əks etdirən əsərlərin, metodik tövsiyələrin hazırlanması və nəşr edilməsi məsələlərinin tənzimlənməsi də Elmi Şuranın məqsədləri sırasına daxildir.

aia.az
Geri dön