Ana Sayfa > Parlament > Daha 17 nəfər toylara görə cərimələndi
Daha 17 nəfər toylara görə cərimələndi27-12-2021, 10:22. Yazar: sevinc1 |
Həftəsonu Azərbaycanda toylara görə 17 nəfər cərimələnib, 299 nəfər şənliyə buraxılmayıb. Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 25-26-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 1 110 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 1 095 şadlıq sarayında, 15 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 17 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 299 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. aia.az Geri dön |