Ana Sayfa > Ölkə > Əjdər Olun məhkəməsi başlayır

Əjdər Olun məhkəməsi başlayır


23-12-2021, 09:21. Yazar: sevinc1
Əjdər Olun məhkəməsi başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, rüşvət almaqda təqsirləndirilən Əjdər Cəbiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edəcək.

Xatırladaq ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, sürücüsü və nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev rüşvət almaqda təqsirləndirilərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Əjdər Cəbiyev nazirliyin sabiq aparat rəhbəri olmaqla yanaşı Əjdər Ol imzası ilə yazıçı kimi fəaliyyət göstərib.

aia.az
Geri dön