Ana Sayfa > Şou-biznes > Əməliyyatda orqanlarından birinin olmadığı ortaya çıxdı

Əməliyyatda orqanlarından birinin olmadığı ortaya çıxdı


23-12-2021, 08:33. Yazar: sevinc1
Əməliyyatda orqanlarından birinin olmadığı ortaya çıxdı

"Dumping" sindromundan (mədədə yeməyin qalmaması) əziyyət çəkən türkiyəli aparıcı Seren Serengilin keçirdiyi axırıncı əməliyyatdan sonra verdiyi açıqlama gündəm olub.

AİA.Az axşam.az-a istinadən bildirir ki, aparıcı mədəsinin alt hissəsinin tamamilə olmadığını vurğulayıb:

"İzmirdəki həkimim mədəkiçiltmə əməliyyatımdan olan videonu vermirdi. Niyə qaçdıqları indi məlum oldu. Aylardır əməliyyat gözləyirəm, 6 saat çəkəcəkdi, amma olmadı. Çünki orqanlarımdan biri, mədəmin alt hissəsi yoxdur. Bu, çox biabırçı bir haldır. Hazırki həkimim keçirdiyim əməliyyatı mənim çəkimdə olan birinə edilə bilinməyəcəyini və mədəmin alt bölməsini tapa bilmədiyini deyib. Əslində mədəm yenidən bərpa edilməli idi. Amma indi bunu edə bilmirik, çünki orqanım yoxdur. Bu əməliyyatı etdirə bilmədiyim üçün yalnız bir neçə kiloqram kökələ bilərəm, ondan artıq yox. Hazırda ağrılarım, tikişlərim var qarnımda".

S.Sergil əvvəlki həkimi ilə yanaşı onu reytinq xətrinə belə etdiyini müdafiə edən vəkili də məhkəməyə verib.


Geri dön