Ana Sayfa > Karusel / Dünya > Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəyini açıqladı

Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəyini açıqladı


23-12-2021, 07:35. Yazar: sevinc1
Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəyini açıqladı

Ağ Evin hazırkı rəhbəri Cozef Bayden 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində respublikaçı Donald Trampla mübarizə aparmağa hazır olduğunu açıqlayıb.

Hazırkı ABŞ prezidenti bunu "ABC" telakanalına müsahibəsində deyib.

"İndiki kimi sağlam olsam, yenə prezident seçkilərində iştirak edəcəyəm", - deyə C.Bayden bildirib.

Aparıcının ABŞ-ın 45-ci prezidenti Donald Tramp ilə mümkün seçkiqabağı yarış ilə bağlı sualına Cozef Bayden müsbət cavab verib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-ci ilin 3 noyabr tarixində keçirilib. Demokrat Cozef Bayden seçkilərdə qələbə qazanıb.

aia.az
Geri dön