Ana Sayfa > Manşet / Seçki 2024 > FHN-in hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

FHN-in hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM


22-12-2021, 17:07. Yazar: sevinc1
FHN-in hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam verib.

Sərəncamla qərara alınır:

- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor İlham Əyyub oğlu Abdullayevə

general-mayor Şahmar Ənvər oğlu Paşayevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Adil Ələsgər oğlu Abdullayevə

polkovnik Əşrəf Məmməd oğlu Qasımova

polkovnik Raul Süleyman oğlu Zeynalova.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 noyabr tarixli 574 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində ali hərbi (xüsusi) rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

aia.az
Geri dön