Ana Sayfa > Manşet / Gündəm > Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı


22-12-2021, 12:46. Yazar: sevinc1
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı


Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar verib.

Aia.az-ın məlumatına görə, baş nazir Əli Əsədovun imzaladığı qərarda qeyd edilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılsın.

Bundan əvvəl xüsusi karantin rejiminin qüvvədə olma müddəti 2022-ci il yanvarın 1-dək nəzərdə tutulurdu.
Geri dön