Ana Sayfa > Seçki 2024 > Bakıda 2 284 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub

Bakıda 2 284 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub


22-12-2021, 10:57. Yazar: sevinc1
Bakıda 2 284 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub

2021-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərini 2 284 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Onlardan 1520 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 764 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.

Bundan başqa BŞTİ-nin tabeliyindəki məktəbləri 2021-ci ildə 30 məzun qızıl və gümüş nişanla başa vurub. XI sinif məzunlarından 21-i qızıl, 9-u gümüş nişana layiq görülüb.

aia.az
Geri dön