Ana Sayfa > Ölkə > Metropoliten əməkdaşı metroda öldü
Metropoliten əməkdaşı metroda öldü22-12-2021, 10:40. Yazar: sevinc1 |
![]() "Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki metroda dünyasını dəyişib. Qurumdan Aia.az-a verilən məlumata görə, 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 7:55 dəqiqədə "Elmlər Akademiyası" stansiyasında özünü pis hiss edib. "Dərhal ona təcili tibbi yardım xidməti cağırılıb, ilkin yardım edilib. TTY xidməti çatana qədər dünyasını dəyişib,"- deyə məlumatda qeyd olunub. "Bakı Metropoliteni" QSC-nin kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin. Geri dön |