Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “İmzalanan yeni Fərman və Sərəncamlar insanların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir”
Novruzəli Aslanov: “İmzalanan yeni Fərman və Sərəncamlar insanların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir”21-12-2021, 16:48. Yazar: admen |
![]() “Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu öz çıxışlarında dəfələrlə qeyd edən Prezident İlham Əliyev demişdir: “Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip iqtisadi dividendlərin ilk növbədə əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır. Xüsusilə son 18 ildə Azərbaycanda ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi əhatəli islahatlar həyata keçirilib və bu islahatlar növbəti illərdə də davam edəcək.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır: “Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Bu baxımdan dövlət başçısının imzaladığı yeni Qərar və Sərəncamlar da vətəndaş rifahı naminə atılan mühüm yeni addımlardır. İmzalanmış yeni Fərman və Sərəncamlar ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. Nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Diqqətəlayiq haldır ki, yeni Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı əhalinin bütün təbəqələrini əhatə edəcəkdir.” Həmçinin Növruzəli Aslanov dövlətimizin əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllini daim diqqət mərkəzində saxladığını vurğulayaraq deyib ki, sosial qayğıya daha çox ehtiyacı olan aztəminatlı ailələrin, xüsusilə şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, o cümlədən məcburi köçkünlərin qarşılaşdıqları əsas problemlərin həlli, onların həyat tərzinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələr ölkəmizin iqtisadi gücünün təzahürüdür: “Məlumdur ki, bu gün Azərbaycanda əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli məsələsi daim dövlətimizin xüsusi diqqət mərkəzindədir. Ölkədə əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, imzalanan fərman və sərəncamlar insanların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Həmçinin sosial qayğıya daha çox ehtiyacı olan aztəminatlı ailələrin, xüsusilə şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının qarşılaşdıqları əsas problemlərin həlli, onların həyat tərzinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələr ölkəmizin iqtisadi gücünün göstəricisidir. O cümlədən yeni imzalanmış Fərman və Sərəncamlara əsasən müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar tətbiq olunacaq yeniliklərdən faydalanacaqlar. Müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar pensiya almadıqda müavinət və təqaüd formasında ayda I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat alacaqlar. Bu da 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 2,5 dəfə, 2,2 dəfə və 2,2 dəfə çoxdur. Həmin kateqoriyalara aid əlilliyi olan şəxslər əmək pensiyası aldıqda orta hesabla aylıq I dərəcə üzrə 915 manat, II dərəcə üzrə 845 manat, III dərəcə üzrə 610 manat alacaqlar. Bu məbləğlər isə 2019-cu illə müqayisədə təxminən 1,5 – 2 dəfə çoxdur. Bunu da demək lazımdır ki, ölkəmizdə sosial islahatlar ardıcıl və kompleks şəkildə aparılır.” Daha sonra Novruzəli Aslanov minimum əməkhaqqı həddinin yüksəldilməsinin də sosial islahatların əhəmiyyətli nəticələrindən biri olduğunu qeyd edib: “Məlumdur ki, Prezident İlham Əliyevin yeni “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında” Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir. Sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Həmin təşkilatlarda çalışanların maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Həmçinin dövlət başçısının müvaiq Sərəncamı ilə ölkədə minimum əməkhaqqı 300 manata çatdırıldı. Minimum aylıq əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun olaraq orta hesabla 20% artırılacaq. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir. Dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artacaq.” aia.az Geri dön |