Ana Sayfa > İqtisadiyyat > Avropada qazın qiyməti oktyabrdan ilk dəfə 1 800 dolları ötüb
Avropada qazın qiyməti oktyabrdan ilk dəfə 1 800 dolları ötüb21-12-2021, 14:38. Yazar: admen |
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti cari ilin oktyabr ayının əvvəlindən ilk dəfə 1 800 ABŞ dollar həddini ötüb. "APA-Economics"in məlumatına görə, 21 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 803 dollar təşkil edib. Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb. Geri dön |