Ana Sayfa > Seçki 2024 > Beşdən çox uşağı olan qadınlara verilən müavinət artırıldı

Beşdən çox uşağı olan qadınlara verilən müavinət artırıldı


20-12-2021, 10:29. Yazar: admen
Beşdən çox uşağı olan qadınlara verilən müavinət artırıldı

Prezident İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmana əsasən, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği 55 manatdan 70 manata qaldırılıb.

Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

aia.az
Geri dön