Ana Sayfa > Seçki 2024 > Qusarda Ali Baş Komandana həsr olunan yubiley sərgisi keçirilib

Qusarda Ali Baş Komandana həsr olunan yubiley sərgisi keçirilib


20-12-2021, 10:04. Yazar: admen
Qusarda Ali Baş Komandana həsr olunan yubiley sərgisi keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsi, Sumqayıt Dövlət Rəsm Qalereyası, AYB Sumqayıt bölməsi və Xaçmaz Regional Mədəniyyət İdarəsi, Qusar Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Qusar Dövlət Rəsm Qalereyasında Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevin yubileyinə həsr olunan “Sözlə rəngin harmoniyası sənət mübadiləsi” adlı sərgi-tədbir keçirilib.
Qusar Dövlət Rəsm Qalereyasının əməkdaşı Cəmilə Hacıyeva qonaqları salamlayıb, sözü tədbirin moderatoru Hafiz Ataxanlıya verib. 44 günlük vətən müharibəsindəki möhtəşəm qələbəni və Ali Baş Komandanın insanlara bəxş etdiyi misilsiz qürür hissini bir daha vurğulayan aparıcı canını vətənə fəda edən şəhidlərimizin qəhrəmanlığından danışıb, onların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova Müzəffər Ali Baş Komandanın qazandığı zəfərdən, gerçəkləşdirdiyi iqtisadi inkişaf səlnaməsindən, parlaq rənglərin çeşidli harmoniyasının təcəssünümdən danışıb.
Yeni Azərbaycan Partiyası Qusar Rayon təşkilatının sədri David İbrahimxəlilov müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin ideyalarının bu gün prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam və inkişaf etdirildiyini vurğulayıb.
AYB Sumqayıt bölməsinin sədri, təpədən dırnağa Vətən sevdalısı Gülnarə Cəmaləddin isə avqustun sonunda Heydər Əliyev fondunun təşəbbüsü ilə Şuşada keçirilən Vaqif Poeziya günlərinin iştirakçısı kimi duyğularını, təəssüratlarını bölüşüb, Prezident İlham Əliyevin dünyanın diqqətini cəlb edən, siyasi xadim və şəxsiyyət olduğunu faktlarla tədbir iştirakçılarının nzərinə çatdırıb. Sumqayıt şairlərinin vətən sevgisi ilə yüklü misralarından nümunələr söyləyib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elnur Eldarov Ulu Öndər Heydər Əliyevin “Yüksək mədəniyyətə malik olan xalq həm irəli gedəcək, həm yaşayacaq və inkişaf edəcək” kəlamlarını xatırladıb və bu gün mədəniyyətə, incəsənətə diqqətin artdığını, sənət adamlarına dövlət qayğısını qeyd edib.

Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurrahmanova və Sumqayıt rəssamları da öz təəssüratlarını bölüşüblər.
Qusar Dövlət Rəsm Qalereyasının direktoru Nərminə Salmanova Ali Baş Komandanın yubileyinə rəssamların bu lahiyəsinin Qusarda düzənlənməsindən qürur duyduğunu bildirib.

Tədbir iştirakçıları bir daha Ali Baş Komanda qarşıdan gələn yubileyi münasibətilə təbriklərini çatdırıblar.
Sonda Zəfərə, Ali Baş Komandan İlham Əliyevə həsr olunan sərgiyə baxış keçirilib.

aia.az
Geri dön