Ana Sayfa > İdman > Matç iğtişaşa görə dayandırılıb

Matç iğtişaşa görə dayandırılıb


18-12-2021, 08:53. Yazar: admen
Matç iğtişaşa görə dayandırılıb

Fransa kubokunun 1/32 finalında "Paris" və "Lyon" klubları arasındakı matç dayandırılıb.

AİA.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Paris" klubu məlumat yayıb.

Parisin Şarleti stadionunda keçirilən oyunun dayanmasına iğtişaş səbəb olub. Birinci taymdan sonra azarkeşlər arasında qarşıdurma başlayıb, tərəflər bir birinə əşya atıb, oyun sahəsinə daxil olublar.

Birinci tamda hesab 1:1 olub. Təşkilatçılar oyunu dayandırmağa qərar verib.
Geri dön