Ana Sayfa > Seçki 2024 > Bəzi rayonlarda təcili yardımın nömrəsi niyə fərqlidir? - AÇIQLAMA

Bəzi rayonlarda təcili yardımın nömrəsi niyə fərqlidir? - AÇIQLAMA


17-12-2021, 16:28. Yazar: admen
Bəzi rayonlarda təcili yardımın nömrəsi niyə fərqlidir? - AÇIQLAMA

Vətəndaşların təcili yardıma əlçatanlığının təmin olunması üçün müxtəlif rayonlarda yarımstansiyalar yaradılıb və əlavə nömrələr verilib.

Bunu Kliniki Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov “TƏBİB məsləhəti” verilişində deyib.

O bildirib ki, bu, 103 xidmətinin ləğvi deyil, vətəndaş məmnunluğu üçün əlavə xidmətdir.

"Müxtəlif rayonlarda yaradılan yarımstansiyalar müəyyən ərazini əhatə edir. Ona görə əlavə nömrələrdən də istifadə olunur. Bu, dəyişmə deyil, sadəcə əlavə bir müraciət qaydasıdır. Bəzən çağrı mərkəzi yüklənmiş olur. Müraciətin çağrı mərkəzindən yarımstansiyaya ötürülməsi müəyyən vaxt aparır. Ona görə də yarımstansiyaların maşınlarının üzərində əlavə nömrələr olur" - deyə, o əlavə edib.

aia.az
Geri dön