Ana Sayfa > Media > Bakıda yerüstü piyada keçidinin tikintisi niyə ləğv olunub? - RƏSMİ AÇIQLAMA

Bakıda yerüstü piyada keçidinin tikintisi niyə ləğv olunub? - RƏSMİ AÇIQLAMA


17-12-2021, 11:49. Yazar: admen
Bakıda yerüstü piyada keçidinin tikintisi niyə ləğv olunub? - RƏSMİ AÇIQLAMA

Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində tıxacın qarşısının alınması məqsədi ilə yeni yerüstü piyada keçidinin tikintisi nəzərdə tutulurdu. Lakin qərardan bir ildən çox keçməsinə baxmayaraq, hələ də ərazidə tikinti işləri nəzərə çarpmır.

Bununla bağlı sualı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli cavablandırıb.

O bildirib ki, piyada keçidin tikintisi ilə bağlı məlumat ötən ilin fevralında ictimaiyyətə açıqlansa da, sonradan qərar ləğv edilib.

"Aidiyyəti qurumlarla tikinti layihəsi razılaşdırılmalı idi, lakin həmin ərazidə piyada keçidi məqbul sayılmadı. Bu səbəbdən həmin yerdə keçidin tikintisi ilə bağlı qərar ləğv olundu" - deyə qurum rəsmisi bildirib.

aia.az
Geri dön